Meksikada avtobus dərəyə aşıb, 23 nəfər yaralanıb

12 İyun 2021 08:33

Meksikanın Çyapas ştatında avtobus qəzasında ən azı 23 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə fövqəladə hallar üzrə regional idarəsində bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitəsi Emiliano-Sapata bələdiyyəsi yaxınlığında dərəyə aşıb.

Hakimiyyət orqanları vəziyyəti ağır olaraq qiymətləndirilən yaralıları təxliyyə etmək üçün helikopterləri cəlb ediblər. İlkin məlumata görə, qəzaya səbəb avtobusun nasaz olması olub.

Milli.Az