Novak Cokoviç "Rolan Garros"un finalına yüksəldi

12 İyun 2021 08:13

Serbiyalı tennisçi Novak Cokoviç "Rolan Garros" turnirinin yarımfinal oyununda ispaniyalı Rafael Nadalı məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnir Parisdə keçirilir. Görüş 3:6, 6:3, 7:6 (7:4), 6:2 hesabı ilə 34 yaşlı serbin xeyrinə başa çatdı.

Finalda N.Cokoviç dünyanın beşinci raketi ilə Yunan Stefanos Tsitsipas ilə oynayacaq. Görüş 13 iyun tarixində baş tutacaq.

Milli.Az