"Tesla" Model S Plaid sedanının tədarükünə başlayıb

12 İyun 2021 08:03

ABŞ-ın "Tesla" şirkəti flaqman elektrik sedanının ən güclü versiyası - Model S Plaid avtomobilinin tədarükünə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədarükün başlanmasına həsr olunmuş tədbir Kaliforniya ştatının Frimont şəhərində yerləşən "Tesla" zavodunun yaxınlığında keçirilib.

Yeni elektrik avtomobilinin təqdimatını şirkətin baş direktoru İlon Musk keçirib.

İ.Mask bildirib ki, əvvəlcədən sifariş edilmiş ilk 25 avtomobil artıq sahiblərinə təhvil verilib.

Milli.Az