Hacıqabulda yanıq xəsarəti alan 2 yaşlı uşaq Bakıya göndərilib

11 İyun 2021 23:20

Hacıqabulda 2 yaşlı uşağın üzərinə qaynar su tökülüb

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul şəhərində baş verib.

Valideyn nəzarətindən yayınan 2019-cu il təvəllüdlü Əmirli Səid Seymur oğlunun üzərinə qaynar su tökülüb.

Ağır yanıq xəsarətləri alan 2 yaşlı uşaq Bakıya xəstəxanaya göndərilib.

Milli.Az