Bakıda küçədə qumbara tapıldı - FOTO

11 İyun 2021 19:16

Bakıda küçədə qumbara aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı "F-1" əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Milli.Az