Pakistanda terrorçularla toqquşma: Ölən var

11 İyun 2021 17:50

Pakistanın Bəlucistan əyalətində terrorçularla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qarşıdurma zamanı bir əsgər şəhid olub, 2 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, terrorçuların hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib.

Milli.Az