AVRO-2020: Həyat yoldaşı Kristian Eriksenin yanına buraxılmayıb

12 İyun 2021 22:04

Danimarka millisinin futbolçusu Kristian Eriksenin huşunu itirməsindən sonra həyat yoldaşı meydana daxil olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki,  Danimarka millisinin futbolçuları xanımı ağır vəziyyətdə olan yarımmüdafiəçinin yanına buraxmayıb.

Müdafiəçi Simon Kyer və qapıçı Kasper Şmeyhel onu sakitləşdirməyə çalışıb. Həmin an qadın göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, AVRO-2020-nin I turunun B qrupundakı Danimarka - Finlandiya görüşü ilk yarının sonlarında dayandırılıb.

Milli.Az