Əl çalın, Paşinyan gəlir - VİDEO

11 İyun 2021 18:12

Ermənistanda seçkiqabağı komediyalar davam edir. 

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, iyunun 11-də Ermənistanın Tavuş vilayətinin Dilican şəhərində keçirilən "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı aksiyası zamanı, baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan maşından çıxarkən, iştirakçılardan biri toplaşanlara onu alqışlarla salamlamağı göstəriş verib. Kişi, xüsusilə, "Hey, alqışlayın, Paşinyan gəlir!" - deyə qışqırıb.

Milli.Az