Taksi sürücüsü azyaşlı sərnişinə qarşı əxlaqsızlıq etdiyinə görə hakim qarşısına çıxarılıb.
Milli.Az bildirir ki, 16 yaşlı məktəblinin valideynləri iddia edir ki, İzmirdə taksi fəaliyyəti ilə məşğul olan Umut Can Kader adlı şəxs onların qızlarına qarşı əxlaqsızlıq edib.
İddialar əsasında saxlanılan sürücü bildirib ki hər şey 16 yaşlı qızın istəyi ilə baş verib:
"Taksiyə mindi, vəziyyətinin pis olduğunu dedi, birlikdə sendviç yedik, sonra kimsəsiz məkana gedib spirtli içki içdik".
Onun məhkəməsi növbəti tarixə ertələnib.
İsmayıl
Milli.Az