Xalq artistimiz yeni ifası ilə Türkiyə millisinə dəstək oldu - VİDEO

11 İyun 2021 18:36

"Bu ifanı bütün Türkiyəyə hədiyyə edirəm. Mahnını Avropa çempionatında mübarizəyə qoşulan Türkiyə milli komandasına dəstək məqsədi ifa etmişəm".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Azərin (Anaxanım Tağıyeva) AVRO-2020-nin qrup oyunlarında iştirak edəcək futbol üzrə Türkiyə milli komandası üçün oxuduğu yeni musiqi haqda danışarkən bildirib.

Azərin əlavə edib ki, "Canım Türkiyəm" adlanan mahnının sözləri Hanefi Söztutana, bəstəsi isə öz doğma bacısına məxsusdur.

Milli.Az