Köçəryanın bloku Nikol Paşinyanın partiyasını üstələdi - Rəy sorğusu

11 İyun 2021 17:32

İlk dəfə "Ermənistan" blokunun göstəricisi "Vətəndaş Müqavilə"sinin göstəricisindən bir qədər yüksək olub.

Mİlli.Az yenisabah.az istinadla xəbər verir ki, bunu "GALLUP International Association" beynəlxalq qurumunun Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, yeni sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 24,1%-i "Ermənistan" blokuna, 23,8% -i "Vətəndaş Müqaviləsi" partiyasına səs verməyə hazırdır. Əvvəlki anketin nəticələri ilə müqayisədə, "Ermənistan" blokunun göstəricisi 3,5%, "Vətəndaş Müqaviləsi"nin göstəricisi isə 1,4% artıb.

Aram Navasardyan qeyd edib ki, sorğunun nəticələrinə görə, respondentlərin təxminən 51-52%-i polisin işini mənfi qiymətləndirir.

Eyni zamanda, müxtəlif şəxslərin fəaliyyəti qiymətləndirilərkən ən yüksək qiymətləndirmə yenidən ombudsmana verilib. Bütün digərlərinin qiymətləndirməsi müsbət diapazonda deyil.

Milli.Az