"İnsan kök olanda bədəninin bəzi yerlərini açmamalıdır, arıqlayanda açarsan"

12 İyun 2021 02:15

Müğənni İlhamə Qasımova Almaniyada birlikdə çalışdığı musiqi şirkətindən bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda canlı yayıma qoşulan sənətçi şirkətin şərtlərindən söz açıb:

"Toya gedə bilməzdim, çünki orada Azərbaycan mahnısı oxuyuram. Buna görə də əvvəlcə rəsmi açıqlama veməli idim. Başım ağrıyacaqdı. Olmazdı...".

İlhamə özünü zövqlü hesab etmədiyini deyib. O, imicində uzun illərdi dəyişiklik etməməsinin səbəbini açıqlayıb:

"Çox kökəm. Efirdə isə lap kök görünürəm. Bəzən məndən zövqlə bağlı nəsə soruşanda deyirəm, siyahıda ən sonuncuyam. Dəbin arxasınca düşmək başqadır. Biz xaricdə yaşayıb milyonlar qazanmırıq. Dəb üçün vəsaitin olmalıdır. İndi bloger kimi haralarlasa barter edirsən. Əvvəl belə deyildi".

Müğənni açıq-saçıq geyinənlərdən də bəhs edib:

"Mən də açıq geyinmişəm. Mənə bir söz demirlər, çünki arıq olanda geyinirdim. Kobud görünmürdü. İnsan kök olanda bədəninin bəzi yerlərini açmamalıdır. Bəzi nahiyələr pis görünür. Ondansa bağlı geyin, arıqlayanda açarsan".

Milli.Az