"Wizz Air" Uels azarkeşləri üçün Bakıya xüsusi reys təşkil edəcək

11 İyun 2021 16:44

"Wizz Air UK" aviaşirkəti futbol üzrə Avropa çempionatı ilə əlaqədar Uels milli komandasının azarkeşləri üçün Kardiffdən Bakıya xüsusi reys işə salır.

Milli.Az Trend-ə istinadən bildirir ki, uçuş Uels millisinin Bakıdakı oyunları ərəfəsində baş tutacaq.

Qeyd edək ki, Uels iyunun Bakıda İsveçrə ilə, iyunun 16-da Türkiyə ilə qarşılaşacaq.

Kardiffə qayıdış reysi iyunun 17-ə nəzərdə tutulub.

Milli.Az