Paşinyan prezident vəzifəsini bu şəxsə söz verib - erməni mediası

11 İyun 2021 16:46

Nikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyanı "Vətəndaş müqaviləsi" partiyasının siyahısına gətirsə də və bu mövzu üzrə danışıqlar uğursuz olsa da, özünün yenidən seçilməsi halında ona siyasi rəqiblərinə qoşulmayacağı şərtilə Ermənistan prezidenti vəzifəsini söz verib.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

"Dəmirçiyandan həm də xahiş edib ki, Ermənistan Xalq Partiyasının üzvləri bu günlərdə radikal müxalifətçiləri və xüsusən də Robert Köçəryanı tənqid etsinlər.

Yeri gəlmişkən söz-söhbətlər var idi ki, əvvəlki seçkilərdə olduğu kimi, Ermənistan Xalq Partiyasının siyasında Dəmirçiyanın fəxri yeri olacaq və Ter-Petrosyan da ona bənzər təklif verib, lakin böyük ehtimal Ermənistan Xalq Partiyasının sədri Paşinyanın vədini ciddi qəbul etməyib və gələcəkdə prezident olmaq perspektivi xoşuna gəlməyib", - deyə nəşr qeyd edib.

Milli.Az