Peyvənd vurdurmaq istəyənlər şokda - gözləmə zalında əxlaqsız film nümayiş olundu - FOTO

11 İyun 2021 20:06

Kosta Rikada Covid-19 xəstələrinə peyvənd vurulan mərkəzdə gözləmə zalında qeyri-adi hal yaşanıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, salonda qoyulan televizorda anidən iki qadının intim kadrları əks olunan film nümayiş olunmağa başlayıb. Videonun səhv nəticəsində və ya qəsdən yayımlandığı barədə heç bir açıqlama verilməsə də, istintaq davam edir.

Kamran Seyidov
Milli.Az