Maşın qiymətinə buğa - VİDEO

11 İyun 2021 20:42

Bursada 1 ton 150 kiloqramlıq buğa qurban bayramı ərəfəsində avtomobil qiymətinə satışa çıxarılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, gündə 15 kilo yem yeyən qurbanlıq heyvana görə 50 min lirə istənilir. Nilüfer rayonunda fəaliyyət göstərən Uluabat Təsərrüfatı tərəfindən satışa çıxarılan buğa hər kəsi qorxuya salır. Sahibi 26 ay ərzində onu bəsləyib. Ağırlığından hətta çıxdığı tərəzini belə qırıb.

Kamran Seyidov
Milli.Az