Yeniyetmə bələdiyyə sədrini güllələdi - FOTO

11 İyun 2021 19:42

Türkiyənin Yomra şəhərində bələdiyyə sədri Mustafa Bıyıka qarşı silahlı hücum olub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, M. Bıyık şəxsi avtomobili ilə bələdiyyə binasının önünə gəldiyi zaman naməlum şəxs ona 5 dəfə güllə açıb.

Yomra Bələdiyyəsinin sədri heç bir yara almadan xilas ola bilib. Ona güllə açan şəxsin isə 17-18 yaşlarında olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Kamran Seyidov
Milli.Az