"Facebook" əməkdaşlarına pandemiyadan sonra da distant çalışmağa icazə verib

11 İyun 2021 22:20

"Facebook" kompaniyası işlərini ofis xaricində görə biləcək bütün əməkdaşlarına koronavirus pandemiyası bitdikdən sonra da distant çalışmağa icazə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Facebook" kompaniyasının baş direktoru Mark Sukerberq şirkətdə çalışan 60 min işçisinin yarısının on il ərzində evlərində işləyə biləcəyini deyib.

Sosial şəbəkə ofislərini oktyabr ayında tam açmaq niyyətindədir. Ofisə qayıdan əməkdaşlar isə daha elastik qrafiklə işləyəcək: əməkdaşlar iş vaxtının ən az yarısını ofisdə keçirməli olacaqlar.

"Apple" və "Google" kimi digər böyük texnologiya şirkətləri isə əməkdaşlarına yaxın aylarda ofislərinə qayıtmalarını tövsiyə edib.

Milli.Az