Kürə yıxılan yeniyetmə xilas edildi

11 İyun 2021 18:42

Mingəçevirdə yeniyetmə oğlan körpüdən Kür çayına yıxılıb.

Milli.Az-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə çayın üzərindəki nəqliyyat körpüsündə baş verib.

15-16 yaşlı yeniyetmə oğlan ehtiyatsızlıq səbəbindən körpüdən çaya yıxılıb. Yeniyetmə ərazidə olan qayıqçılar tərəfindən dərhal sudan çıxarılıb. Sahilə çıxarılandan sonra ona ilkin yardım göstərilib, durumu stabildir.

Milli.Az