UEFA Danimarka - Finlandiya matçı ilə bağlı qərarını açıqladı

12 İyun 2021 21:53

AVRO-2020-nin I turunun Danimarka - Finlandiya matçı təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna Danimarka millisinin üzvü Kristian Eriksenin huşunu itirməsi səbəb olub. O, 43-cü dəqiqədə adi epizodda yerə yıxılıb. Bundan sonra dərhal həkimlər meydana daxil olub. Ardınca matçın baş hakimi ilk hissəni başa vurub.

Daha əvvəl UEFA qarşılaşmanın təxirə salındığını açıqlayıb.

Milli.Az