"Bu ayaqqabımın qiyməti 3500 manatdır" - "Evdəkilərə salam" Afət Fərmanqızının evində - FOTO

11 İyun 2021 18:24

"Evdəkilərə salam" proqramı növbəti dəfə müğənni Afət Fərmanqızının evində qonaq olub.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o paltarlara çox pul xərclədiyini söyləyib:

"Bu ayaqqabım hədiyyədir və qiyməti 3500 manatdır. Mütləq brend olmalıdır deyə düşünmürəm. Lakin geyinməyəndə söyləyirlər ki, xəsisdir. Məcbur almalı oluruq. Paltarı 1200-ə almışam. Çox da baha deyil. Orta əmək haqqı ilə dolanan adam üçün bahadır. Amma biz məclislərdə çıxış edib pul qazanırıq. Müğənni gəliri ilə baxanda normaldır.  Ayaqqabı və çantada  mütləq brendə üstünlük verirəm.Vallah boş şeylərdir. Pulunuzu belə mənasız şeylərə verməyin".

Milli.Az