İndi də “meymun çiçəyi” virusu gəlir - İlkin simptomları dəhşət doğurur

11 İyun 2021 18:48

Uelsdə iki nəfərdə "meymun çiçəyi" virusu aşkar olunub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Uels Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusun ilk daşıyıcısı xaricdən gəlib və bu virus daha çox mərkəzi və qərbi Afrika ölkələrinin ucqar bölgələrində, tropik meşələrin yaxınlığında yayılıb.

Qeyd edək ki, "meymun çiçəyi" virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır.

Milli.Az