Ermənistanda müəllimlər Paşinyanın mitinqində iştirakdan imtina edir

11 İyun 2021 18:00

Ermənistanda müəllimlər baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın seçkiqabağı mitinqində iştirakdan imtina edir.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, N.Paşinyanın sabah mitinqinin keçiriləcəyi İcevan şəhərində məktəb direktorlarına müəllimləri və yuxarı sinif şagirdlərini tədbirə göndərmək tapşırığı verilib.

Məlumatlara əsasən, müəllimlər mitinqə getməkdən imtina etdiyi üçün direktorlar onlara hədə-qorxu gəlir.

Milli.Az