“Axmaq-axmaq adamlar yazırlar ki, guya mən ölmüşəm” - Xalq artisti gileyləndi...

11 İyun 2021 18:18

Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayevin ağır vəziyyətdə Türkiyəyə aparılmasıyla bağlı məlumatlar yayılmışdı. 
 
Milli.Az xəbər verir ki, moderator.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Arif Babayevlə əlaqə saxlayıb. Xalq artisti əməkdaşımızla söhbəti zamanı yayılan xəbərlərin həqiqətəuyğun olmadığını bildirib:
 
"Axmaq-axmaq adamlar yazırlar ki, guya məni ağır vəziyyətdə Türkiyəyə aparıblar. Hansı ki, bir qız jurnalist zəng vurmuşdu və mən də dedim ki, o əhval-ruhiyyədə deyiləm, danışa bilmirəm. Doğrudan da bir az yaxşı deyildim. O, da götürüb yazıb ki, Arifi Türkiyəyə apardılar. Guya mən ölmüşəm. Görürsünüz də belə adamlar var. Mənim jurnalistlərə hörmətim var, amma belə də olmaz. Qaldı ki, Türkiyəyə reabiltasiyaya gedəcəm. Orda yaxşı aparatlar var, müalicə olunmaq istəyirəm".

Milli.Az