Futbol üzrə Almaniya millisi AVRO-2020-ni qazansa, yığmanın hər bir üzvünə böyük məbləğdə mükafat veriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb. Məlumata görə, qələbə əldə edilsə hər futbolçuya 400 min avro mükafat veriləcək.
Qeyd edək ki, Almaniya yığması AÇ-2020-nin F qrupunda Fransa, Portuqaliya və Macarıstanla mübarizə aparacaq.
Milli.Az