Nemət Pənahlı koronavirusa yoluxdu

11 İyun 2021 17:12

Xalq hərəkatının öncüllərindən olan Nemət Pənahlıdan xəbər var.

Milli.Az xəbər verir ki, yenisabah.az-a danışan keçmiş hərəkatçı koronavirusa yoluxduğunu bildirib.

O, ictimai-siyasi proseslərdən təcrid olunmasını səhhəti ilə əlaqələndirib.

Tanınmış siyasətçi qeyd edib ki, səhhəti qaydasına düşdükdən sonra ölkə gündəmində olan məsələlərə adekvat münasibət bildirəcək. 

Milli.Az