Qarabağda döyüşən daha bir muzdlu Bakıda sorğulanacaq

11 İyun 2021 12:35

Ermənistan tərəfindən Qarabağda muzdla döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, proses iyunun 23-ü saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Milli.Az