Abel Məhərrəmovun restoranının administratoru həbs edildi

12 İyun 2021 21:04

Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib.

Milli.Az