AVRO-2020-də qorxulu anlar: meydanda ölümlə mübarizə apardı - VİDEO - FOTO

12 İyun 2021 21:02

Danimarka yığmasının hücumameylli yarımmüdafiəçisi Kristian Erikssen AVRO-2020-dəki Danimarka-Finlyandiya matçında huşunu itirib.

Milli.Az bildirir ki, İtaliyanın "İnter" klubunun 29 yaşlı legioneri qəflətən yerə yıxılıb. Oyun saxlanılıb, meydana daxil olan həkimlər Kristianın ürəyini masaj ediblər, ilkin təcili tibbi yardım göstəriblər.

Olay Danimarkanın Kopenhagen şəhərindəki "Parken" stadionunda yaşanıb.

Milli.Az