Düyməli telefonlarda “WhatsApp” üzərindən pulsuz zənglər əlçatan olub

15 İyun 2021 22:40

"WhatsApp" messencerinin tərtibatçıları "KaiOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən düyməli telefonlar üçün yeniləmə çıxarıb. "Nokia" şirkətinin istehsalı olan ucuz aparatların böyük hissəsi bu sistemdən istifadə edirlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeniləmə sözügedən əməliyyat sisteminə pulsuz zənglər etmək imkanı əlavə edib. Lakin yeni funksiya yalnız "WhatsApp" messencerində işləyir, yəni hər iki abunəçidə sözügedən messencer quraşdırılmalıdır.

Zənglər ya "Wi-Fi", ya da mobil internet vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, "KaiOS" əməliyyat sistemində "YouTube", "Google" axtarış sistemi və hətta "Duo" səsli çatı əlçatandır. Əlbəttə ki sistemin xüsusiyyətlərinə görə bu proqramların imkanları məhduddur.

Milli.Az