Gəncədə partlayış səsi eşidilib.
Milli.Az xəbər verir ki, tükürpədici hadisə dünən səhər saat 7 radələrində şəhərin Nərimanov prospektində qeydə alınıb.
Hadisə şahidlərinin dediyinə görə, ildırım çaxması nəticəsində 5 mərtəbəli binada güclü yanğın baş verib. İldırımın vurduğu 5 mərtəbəli binanın son mərtəbəsindəki mənzilin sakinləri şahidlərinin dərhal xəbərdarlığı ilə evi tərk ediblər. Məlumata görə, ölən və xəsarət alan olmayıb.
Hadisənin videosunu təqdim edirik:
Təhməz Əsədov
Milli.Az