Dünya çempionatında sonuncu cüdoçumuz mübarizəyə qoşulur

11 İyun 2021 14:26

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, millimizin sonuncu üzvü - 100 kq çəki dərəcəsində güləşən Elmar Qasımovdur.

O, 1/16 finalda Mərt Şişmanlar (Türkiyə) - İlya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yalnız Kəramət Hüseynov (-60 kq) bürünc medal qazanıb.

Milli.Az