Pakistanda daha bir faciəvi qəza - 18 ölü, 30 yaralı

11 İyun 2021 13:50

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 18 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ary news" yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat verib.

Hadisə Bəlucistan vilayətinin şərq hissəsindəki Balok qəsəbəsi ərazisində baş verib. Xuzdar-Larkan marşrutu ilə hərəkət edən sərnişin avtobusunun həddindən artıq sürət yığması nəqliyyat vasitəsinin idarəetməni itirərək aşmasına səbəb olub.

Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerində xilasedicilər işləyir.

Xatırladaq ki, mayın 7-si Pakistanın Sind əyalətinin Qotka şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində 62 nəfər həlak olmuş, 100-dən çox sərnişin yaralanmışdı.

Milli.Az