Türkiyədə 1 gündə koronavirusa yoluxanların sayı açıqlandı

12 İyun 2021 03:45

Türkiyəda son 24 saat ərzində koronavirusa yoluxmuş şəxslərin sayı bəlli olub.

Milli.Az bildirir ki, qardaş ölkədə ötən gün ərzində 6 min 408 nəfərin COVİD-19 testi pozitiv çıxıb.

Pandemiyadan dünyasını dəyişənlərin sayı isə 96 nəfər olub.

Milli.Az