Canlı yayımı qarışdıran olay - Keçmiş nazir deputatı şillələdi - Səbəb

11 İyun 2021 11:04

Pakistanın keçmiş informasiya və yayım naziri Firdous Aşiq Avan qatıldığı televiziya proqramlarından birində canlı efirdə Pakistan Xalq Partiyasından olan millət vəkili Qadir Mandokeli şillələyib.

Milli.Az haberler.com-a  istinadən xəbər verir ki, ikisinin də efirə qatılması gərginliyi artırıb. Sabiq nazir onu korrupsiyada ittiham edən deputata zərbələr endirib. Sonradan paylaşdığı statusda deputatın ona pis formada ittihamlar səsləndirdiyini deyib.

Kamran Seyidov
Milli.Az