Bakı AVRO-2020 şəhərləri arasında populyarlığına görə ilk üçlükdə yer alıb

11 İyun 2021 12:14

Bakı futbol üzrə Avropa çempionatının keçiriləcəyi şəhərlər arasında populyarlığına görə ilk üçlükdə yer alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın "TurStat" portalı bildirib.

Qeyd olunur ki, turistlər arasında populyarlığına görə ilk üç sırada Sankt-Peterburq və Budapeşt yerləşib.

Sankt-Peterburqda Avropa çempionatının 7, Bakı və Budapeştdə isə 4 matçı keçiriləcək.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində təşkil olunacaq.

Milli.Az