Sarkisyanın seçki blokunun nümayəndəsi saxlanıldı

11 İyun 2021 10:30

"Şərəfim var" blokundan deputatlığa namizəd, Armavirin keçmiş bələdiyyə başçısı Ruben Xlqatyan ötən gecə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xlqatyanın vəkilləri Qayane Papoyan və Arsen Sardaryan feysbukda məlumat veriblər.

"Həbsin siyasi təqibdən qaynaqlandığını bəyan edirik. Məqsəd seçkilər ərəfəsində "Şərəfim var" blokunun siyasi fəaliyyətinə müdaxilə etməkdir", - deyə vəkillər bildirib.

Papoyanın sözlərinə görə, vəkillər siyasətçinin həbsinin qanuniliyi barədə məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda 25 siyasi qüvvənin (21 partiya və 4 blok) iştirak edəcəyi erkən parlament seçkiləri keçiriləcək.

Milli.Az