Oyunları onlar şərh edəcək

11 İyun 2021 10:19

Bu gün start götürəcək futbol üzrə Avropa çempionatının matçlarını yayımlayacaq İctimai Televiziya tanınmış bir neçə şərhçini efirə qaytarıb.

Milli.Az xəbər verir ki, kanal qitə yarışının oyunlarının şərhi üçün İlqar Mikayıloğlu, Elnur Əşrəfoğlu və Asif Bağırov kimi simaları dəvət edib.

Televiziyanın bu addımı azarkeşlər tərəfindən müsbət qarşılanıb.

Milli.Az