Bakıda ağır qəza baş verib

11 İyun 2021 08:46

Bakıda səhər saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Bakı Kənar dairəvi yolun Lökbatan dairəsi istiqamətində baş verib.

Lökbatan dairəsində iki yük avtomobili toqquşub. Hadisə nətcəsində avtomobillərdən biri aşıb.

Qəza ilə əlaqədar olaraq qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində uzun tıxac yaranıb.

Milli.Az