Braziliyada ötən sutka koronavirusdan 2,5 mindən artıq insan ölüb

11 İyun 2021 09:00

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 88 092 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17 210 969 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 504 nəfər ölüb, ölənlərin ümumi sayı 482 019 nəfər təşkil edir.

Milli.Az