Puerto Rikoda 500 min sakin elektriksiz qalıb

11 İyun 2021 08:28

Puerto Rikoda adanın paytaxtı San-Xuan yaxınlığında Monasilyos paylayıcı yarımstansiyasında baş verən yanğın səbəbiylə kütləvi elektrik kəsintiləri baş verib.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, qəza nəticəsəində ərazidə yaşayan təxminən yarım milyon sakin elektriksiz qalıb.

Hazırda müvafiq xidmətlər yanğını söndürür. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Milli.Az