Azərbaycanda zəlzələ olub

11 İyun 2021 07:00

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə Milli.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Milli.Az