Füzulidə kombayn yanıb

11 İyun 2021 07:22

Füzuli rayonunun Alxanlı kəndində "NİVA" markalı kombaynın mühərrik hissəsi və 1 ədəd arxa təkəri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, kombaynın qalan hissəsi və yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az