Bakıda iki qadını maşın vurdu

10 İyun 2021 23:58

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfəri avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cavanşir körpüsündə baş verib.

1977-ci il təvəllüdlü Hüseynova Sevda Alxas qızı və rəfiqəsi 1973-cü il təvəllüdlü Rəhimova Çiçək Bəxtiyar qızı yolu keçərkən onları avtomobil vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Milli.Az