Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

10 İyun 2021 22:57

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,  hadisə Şəki şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub. Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az