Britaniyada daha 7,4 minədək insana COVID-19 diaqnozu qoyulub

10 İyun 2021 22:51

Böyük Britaniyada son sutka ərzində 7393 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 542 986 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 867 nəfərə çatıb.

Milli.Az