Daha 4 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

10 İyun 2021 21:54

Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, meyitlər Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb.

Milli.Az