Cənub Qaz Dəhlizi bir sıra qlobal enerji problemlərini həll edə bilər - Kurt Donnelli

10 İyun 2021 18:30

Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizi bir sıra regional və qlobal enerji problemlərini həll edə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisinin müavinin Kurt Donnelli 5-ci Trans-Xəzər forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, son onilliklər boyunca türkmən qazınının Avropa bazarlarına çıxarılması üçün cəhdlər edilib: "Avropada enerji sistemlərində fundamental dəyişikliklər baş verir. İndi təbii qaza tələbatın perspektivləri qeyri-müəyyəndir. Sual yaranır: Avropaya yeni təbii qaz mənbələri lazımdırmı? Uzun müddət Türkmənistan Avropa üçün perspektiv qaz mənbəyi hesab olunurdu. İndi isə Türkmənistanın bu imkanı əldən buraxmaq riski mövcuddur. 20 il əvvəl qiymətli hesab olunan bu resurs növbəti onillikdə dəyərini itirə bilər".

Milli.Az