"Romantika yaşamağı sevmirəm - məni sevsin kifayətdir"

11 İyun 2021 03:15

Tanınmış aktrisa Xuraman Əlizadə "Xəbər-ətər" proqramında qonaq olub. Bu zaman aparıcı Zümrüd Bədəlova ondan nə üçün son zamanlar ailə həyatı ilə gündəmə gədliyini soruşub.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, sənətçi evliliyi haqda bunları söyləyib:

"Mən qətiyyən romantik deyiləm, realistəm. Romantika yaşamağı sevmirəm. Məni sevsin kifayətdir. O çox da qısqanc deyil. Bəzən qısqanır. Ailəm niyə hər kəsə  maraqlıdır deyə bilmərəm. Bəlkə də, mənim çəkimdə olan xanımlar çox vaxt ailə qura bilmədikləri üçün maraq doğurur".

Milli.Az