Peyvənd olunmayan müəllimlər məktəbə gələ bilərmi? - Nazirdən açıqlama

10 İyun 2021 21:46

Təhsil naziri Emin Əmrullayev vaksin vurdurmayan müəllimlərin sentyabrda dərsə qayıdıb-qayıtmayacağına aydınlıq gətirib.

Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsindəki canlı yayımda bildirib ki, immuniteti olan müəllimlərin məktəblərə gəlməsi daha düzgündür:

"İmmuniteti olmayanların məktəbə gəlmələrini təhlükəli hesab edirik. İlk növbədə həmin adamların özləri üçün bu, təhlükəlidir. Çünki yoluxma artanda öyrənmə prosesi dayanır və biz istəməzdik ki, öyrənmə prosesi dayansın".

Milli.Az